Xəbər lenti

DTX və XKX-yə yeni status verilir
Ölkə15:10 04.10.2016

DTX və XKX-yə yeni status verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir.

Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik təklif olunur. Qanunun 2-ci (Dövlət qulluğu) maddəsindən "milli təhlükəsizlik" sözləri çıxarılır. Eyni zamanda "dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti" sözləri daxil edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 2015-ci dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. (APA)

Qaynarinfo.Az