
Kral və əmirlər tərəfindən idarə olunan ərəb dövlətləri Misirdəki qətliamları müdafiə etdilər.
Qaynar.info xəbər verir ki, dünən verdiyi açıqlama ilə Misiri terrora qarşı mübarizədə dəstəklədiyini açıqlayan Səudiyyə Ərəbistanı kralı Abdullah Misirin daxili işlərinə qarışaraq münaqişəni alovlandırmaq istəyənlərin qarşısına Misirlə birlikdə çıxacaqlarını deyib.
Lakin Ərəb dövlət başçıları Misirlə bir yerdə olduqlarını bəyan etsələr də, görünür onların ailələri onlarla həmfikir deyil.
Dubay şeyxinin qızı Mehra Misirdə baş verən qətliamlara etiraz olaraq özünün Facebook səhifəsində atasına xitabən status paylaşıb: "Üzr istəyimə atacan, amma bu qanların tökülməsinin səbəbi bizim pullarımızdır".
Qaynar.info

