Xəbər lenti

Ölkə 11:55 02.08.2023

“Dükkan”dan 39 kiloqram nərə balığı oğurlandı - Saxlanılan var

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Dükkan” restoranında 39 kiloqram nərə balıqları oğurlanıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisənin restoranın mühafizəçisi, 1971-ci ildə Bakı şəhərində anadan olmuş Zamin Əsgərov (ad şərti) tərəfindən törədildiyi məlum olub. 

Təqsirləndirilən şəxs 2022-ci ildə restorana rəsmi olaraq mühafizəçi götürülüb. Vəzifəsi gecə - qeyri iş vaxtında restoranı mühafizə etmək olub. Bir müddət işlədikdən sonra maddi imkanı pis olduöu üçün restorandan bahalı nərə balıqları, ət və digər ərzaqları oğurlayıb satmaq qərarına gəlib. O bir neçə dəfə mal əti və digər ərzaqları götürüb, Sabunçu bazarında tanımadığı şəxslərə satıb. Əvvəlcə az-az götürdüyü üçün restoranın müdiriyyəti bunu bilməyib. Lakin sonuncu dəfə mətbəxdən bir kiloqramının qiyməti 65 manat olan 64 kq nərə balığı və bir kiloqramının dəyəri 17 manat olan 20 kq quzu əti oğurlayıb. O, məhsulları avtomobili ilə apararaq satıb. 

Hadisədən sonra axtarışa verilən Zamin Əsgərov 2023-cü ilin iyun ayında Nərimanov rayonunda saxlanılıb və barəsində iş protokollaşdırılaraq məhkəməyə göndərilib. 

"Dükkan”nın sahibi Arif Məmmədov məhkəmədə bildirib ki, restoranda ərzaqların əskik gəldiyinin şahidi olduğundan müşahidə kameralarına baxıb. Məlum olub ki, təqsirləndirilən şəxs iş vaxtı bitdikdən və hamı çıxıb getdikdən sonra soyuducuları açıb müxtəlif ərzaqları oğurlayıb, torbalara yığaraq, restorandan çıxarıb. Arif Məmmədov mühafizəçi barəsində polisə şikayət etsə də, məhkəmədə təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etməyib, ondan şikayət və tələbi olmadığı bildirib.

Məhkəmənin qərarı ilə Zamin Əsgərov Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->