Xəbər lenti

Duma Rusiyanın Strateji hücum silahları haqda müqavilədən çıxmasını təsdiqlədi
Dünya10:44 22.02.2023

Duma Rusiyanın Strateji hücum silahları haqda müqavilədən çıxmasını təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Duması Rusiyanın Strateji hücum silahları haqqında müqavilədə (START) iştirakının dayandırılmasını təsdiqləyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.
Layihəni bir gün əvvəl, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin təqdim edib. O, Federal Məclisə səslənişində Rusiyanın müqavilədə iştirakını dayandırmaq qərarını açıqlayıb. 
Dövlət Duması təşəbbüsü yekdilliklə qəbul edib - 401 deputat onun lehinə səs verib. Bu gün, fevralın 22-də qanun layihəsinə Federal Şura da baxacaq.
START və ya START-3 2010-cu ildə Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Müqavilə hər bir ballistik raketin nüvə başlıqlarının sayını məhdudlaşdırır. 2021-ci ilin qışında müqavilə 2026-cı il fevralın 5-dək uzadılıb.
Putin iddia edir ki, ABŞ Rusiyanın yeni START təkliflərini rədd edib. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, əgər Vaşinqton "ümumi gərginliyi azaltmaq və müqavilənin tam miqyaslı fəaliyyətinin bərpası üçün şərait yaratmaq” səyi göstərsə, START-dan çıxmaq qərarı geri qaytarıla bilər. 
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya və ABŞ silahlara nəzarət üzrə dialoq aparmır və onun bərpa edilib-edilməyəcəyi məlum deyil. O, ABŞ-ın START-dan çıxacağını istisna etməyib. 
Ryabkov bildirib ki, saziş çərçivəsində bütün informasiya mübadiləsi fəaliyyətini dayandırır. Onun sözlərinə görə, indi Böyük Britaniya və Fransanın nüvə potensialı ABŞ-la "Rusiyaya qarşı yönəlmiş” "bir yumruq” kimi qiymətləndiriləcək. Nazir müavini qeyd edib ki, bu mövzuda ABŞ, Fransa və Böyük Britaniya ilə heç bir əlaqə planlaşdırılmır.
NATO və BMT Rusiyanı START-ın həyata keçirilməsinə qayıtmağa çağırıb. ABŞ Ağ Evin müqaviləni müzakirə etməyə hazır olduğunu təsdiqləyib.
Nizami Bağırov