Xəbər lenti

Dumanın kommunist fraksiyasının mürtəce Donbas layihəsi nəyə hesablanıb?
Siyasət15:03 11.01.2022

Dumanın kommunist fraksiyasının mürtəce Donbas layihəsi nəyə hesablanıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu qondarma layihənin sözdən işə keçmə imkanları sıfıra bərabərdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Dövlət Dumasının kommunist fraksiyasının layihəsi əsasında Rusiya parlamentində Donbasın "müstəqilliyinin” tanınması məsələsinin müzakirəyə çıxarıla biləcəyinə münasibət bildirərkən deyib. 
Onun fikrincə, Rusiya kommunistlərinin həmin hərəkəti bu ölkənin problemlərini daha da artıracaq: 
"Qazaxıstanda baş verən hadisələrlə əlaqədar Rusiyanın nüfuzu xeyli aşağı düşüb. Moskvanın Vaşinqtonla son danışıqları da uğurlu alınmayıb. ABŞ Rusiyanın tələblərini mənfi cavablandırdı. Nəticədə qarşıdurmanın daha da güclənəcəyi gözlənilir. Çünki heç bir dövlət öz tələbindən geri çəkilmədi”. 
Ekspert qeyd edir ki, Donbasın "müstəqilliyinin” tanınması məsələsi bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməyə xidmət edəcək: 
"Kreml bu yolla da Qərbdən hansısa güzəştlər qoparmağa ümid edir. Amma Donbasın "müstəqilliyinin” tanınması layihəsi elə ideya olaraq da qalacaq. Bu layihə nəinki Dövlət Dumasında təsdiqlənəcək, hətta hökumət tərəfindən ona dəstək gəlməyəcək. 
Donbas nə Cənubi Osetiya, nə də Abxaziyadır. Ona görə də Donbasın qondarma müstəqilliyi tanınarsa, Avropa Birliyi və ABŞ tərəfindən Rusiyaya münasibətdə daha ciddi təzyiqlərə start veriləcək. Sadəcə, Rusiya kommunistləri müəyyən güzəştlər əldə etmək üçün bu kimi bleflərdən yararlanmağa çalışırlar. Layihənin sözdən işə keçmə imkanları sıfra bərabərdir”.
Rüfət Sultan