Xəbər lenti

Dünya birjalarının dəyəri 65 trilyon dollara düşüb
Ekonomiks19:59 18.01.2017

Dünya birjalarının dəyəri 65 trilyon dollara düşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya birjalarının dəyəri ötən ilin sonunda 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 66 trilyon dollar təşkil edib.

“Bloomberg”n xəbərinə görə, Dünya Birjaları Federasiyası (WFE) bu barədə məlumat yayıb. Bildirilir ki, dünya birjalarının bazar dəyəri 2015-ci ilin sonunda 67 trilyon 105,6 milyard dollar olub. Bu rəqəm 2016-cı ilin dekabr ayında 65 trilyon 914 milyard dollara düşüb.

Bazar dəyərinə nəzər yetirdikdə ötən il ən yaxşı göstərici Amerika birjasında qeydə alınıb. Amerika birjalarının bazar dəyəri 2016-cı ildə 10,8 faiz artımla 30 trilyon 989,9 milyard dollara yüksəlib.

Eyni vaxtda Asya- Sakit Okean bölgəsindəki birjaların bazar dəyəri 18,5 faizlik düşüşlə 18 trilyon 915,7 milyard dollar olub. Avropa, Afrika ve Orta Şərq birjalarının dəyəri isə 0,5 faizlik artım nümayiş etdirib və 16 trilyon 8,5 milyard dollar təşkil edib.

Qaynarinfo.Az