İspaniyanın Sitjes bölgəsində qadın şahmatçıların dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, mundialda bu gün qrup mərhələsinə yekun vurulacaq. A qrupunda yer alan Azərbaycan millisi son turda ev sahibləri ilə qarşılaşacaq.
Dörd turdan sonra hesabında 2 xal olan yığmamıza ilk "dörd"lüyə düşüb, növbəti mərhələyə yüksəlmək üçün bu matçda qələbə kifayət etməyə bilər. Bunun üçün əlavə göstəricilərə görə xanımlarımızdan öndə olan Fransa komandasının Hindistanla görüşdə xal itirməsi lazımdır. Fransızların uduzacağı təqdirdə millimizi "sülh" də 1/4 finala daşıyacaq.
Şahmatçılarımız sentyabrın 27-də baş tutan ilk iki turda Hindistan və Ermənistan yığmaları ilə heç-heçə edib. Dünən keçirilən III və IV turlarda isə yığma Rusiya və Fransa kollektivlərinə 0,5:3,5 hesabı ilə uduzub.
Dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.
Komandalararası dünya çempionatı
Qrup mərhələsi
A qrupu
V tur
17:00. Azərbaycan - İspaniya
Rusiya - 8, Ermənistan - 5, Hindistan - 5, Fransa - 2, Azərbaycan - 2, İspaniya - 2