Xəbər lenti

Dünya çempionu Azərbaycanda üzr istədi
İdman18:11 23.04.2015

Dünya çempionu Azərbaycanda üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib.
ANS PRESS-in məlumatına görə, rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib.
Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.
Vladimir Kramnik "Synergy Group"un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib.
Qaynar.info