Xəbər lenti

Dünya Oyunlarında iştirak edəcək karateçilərimiz müəyyənləşdi
İdman09:38 12.03.2022

Dünya Oyunlarında iştirak edəcək karateçilərimiz müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan karateçiləri daha bir mötəbər yarışın iştirakçısı olacaq.
Azərbaycan Karate Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Dünya Karate Federasiyası (WKF) İrina Zaretskanın (-68 kq), Asiman Qurbanlı (84+ kq) və Roman Heydərlinin (kata) Dünya Oyunlarına qatılacağını təsdiqləyib.  
Nüfuzlu multi-idman oyunlarının kişi və qadınlar arasında bütün çəki dərəcələri və kata yarışlarının hər birində 8 idmançı olmaqla 96 karateçi mübarizə aparacaq. Bu il Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində qarşıdakı Dünya Oyunlarının karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək. 
İştirakçılar arasında dünya və qitələrin, eləcə də Olimpiadanın qalib və mükafatçıları yer alıb. Milli komandanın üzvləri yüksək əyarlı medallara namizədlərdən sayılır.
Səbuhi Həsənov