Xəbər lenti

Dünya üçün yeni təhlükə: Legioner xəstəliyinin
Sağlamlıq 13:26 01.09.2023

Dünya üçün yeni təhlükə: Legioner xəstəliyinin "pandemiya" olmaq ehtimalı varmı?

"Legioner xəstəliyi və ya legionellyoz ağçiyərlərdə infeksiya və pnevmoniya törədir".
 
Bu sözləri Qaynarinfo-ya tibb üzrə ekspert Adil Qeybulla avqust ayında Polşanın Jeşuv şəhərində yayılan yoluxucu xəstəlik barədə danışarkən deyib. 

Qeyd edək ki, 8 nəfərin ölümünə səbəb olan legionellyoz infeksiyasi ilə bağlı Jeşuv və ona yaxın ərazilərdə yerli hakimiyyət orqanları tərəfindən böhran qərargahı yaradılıb. Hətta Rusiya da artıq sərhəddə xəstəliklə bağlı qərargahlar yaradacaq. 

Maraqlıdır, legioner xəstəliyinin Azərbaycana yayılma ehtimalı varmı? 

Adil Qeybulla bildirib ki, infeksiyon xəstəliyin pandemiya olmaq ehtimalı yoxdur: 

"Legionellyoz yoluxucudur və nəfəs yolları ilə keçir. Bu xəstəlik daha çox rütubət olan yerlərdə əmələ gəlir. Xüsusilə də kondisionerlərin hava yollarında olur. Ona görə də bu xəstəliyə "kondisioner xəstəliyi" də deyilir. Çünki çox vaxt kondisioner havasından nəfəs yollarına daxil olur. Belə bir epidemiya yaranıbsa, vaxtında lokallaşdırılmalıdır”. Ekspert bildirib ki, qabaqlayıcı tədbirlər görülməlidir. 

"Ümumiyyətlə, nəfəs yolu ilə yoluxan infeksiyalar geniş ərazidə yayılmağa meyillidir. Çünki yoluxucudur. Yoluxuculuq indeksi nə qədər yüksəkdirsə, o qədər də yayılma arealı böyük olur. Ancaq bunun pandemiya olmaq ehtimalı yoxdur. Sadəcə, ciddi tədbirlər görülməsə epidemiya şəklində müəyyən bir zonanı əhatə edə bilər". 

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->