Xəbər lenti

Dünya ulduzu çadrada - FOTO
Dünya13:00 30.07.2015

Dünya ulduzu çadrada - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya ulduzu paparatzilərdən gizlənmək üçün qeyri-adi vasitəyə əl atıb. 

anspress-in məlumatına görə, dünya şöhrətli model Gisel Bundxen tanınmamaq üçün çadra geyinib. 

Bir neçə ay öncə modelliyi atdığını açıqlayan Bundxen son olaraq Fransanın paytaxtı Parisdə görüntülənib. Məlumata görə, o bu şəhərdə məşhur plastik əməliyyat klinikalarından birinə baş çəkib. 

O, iyul ayının 15-də klinikada sinəsini yenidən düzəltdirib. Jurnalistlərin hədəfinə düşməmək üçün iri qara çadradan istifadə edib. Lakin bu mümkün olmayıb. 

35 yaşlı modelin sirrini açan isə onun qara dəri çantası və sürücüsü olub. Belə ki, bundan öncə o hava limanında eyni çanta ilə görüntülənmişdi. 

Kameraların hədəfi onduğunu anlayan Bundxen iti addımlarla qaçmağa çalışıb. 

Qaynar.info