Texnologiya 11:40 27.04.2022

Dünyada bir ilk – Uçan yaxta hazırlanacaq

İsveçrənin "AirYacht” şirkəti uçan super yaxtanın ilk dizaynını hazırlayıb.

Qaynarinfo Hürriyət-ə istinadən xəbər verir ki, "AirYacht” adlanan avtomobil 200 metrlik heliumla doldurulmuş dirijabldan və hamısı yüngül karbondan hazırlanmış 60 metrlik yaxta modulundan ibarətdir. 3 min metrə qədər yüksələ bilən "Flying Yacht” saatda 80 kilometrdən çox sürət yığa bilir. Təxminən 750 kvadratmetr qapalı sahəsi olan 12 sərnişin tutumlu super yaxtada cakuzi, hovuz, idman zalı, helikopter meydançası və qaraj kimi dəbdəbəli imkanlar var.
Havaya qalxandan sonra yeri izləmək üçün yaxtanın göyərtəsi və alt hissəsinin bir qismi şəffaf materialdan hazırlanıb. 

Şirkətdən bildirilib ki, artıq "AirYacht”ın sifarişlərini qəbul etməyə başlayıblar. İlk yaxtanın isə istifadəyə 2026-cı ildə veriləcəyi planlaşdırılır.
 
Günay