Dünya 17:27 12.08.2022

Dünyada ölümcül yol qəzaları ən çox hansı ölkədə baş verir?

İran Parlamenti Araşdırma Mərkəzinin məlumatına görə, bu ölkə dünyada yol qəzalarında ölənlərin sayına görə birinci yerdədir.

Qaynarinfo bu barədə İranın YJC saytına istinadən xəbər verir.

İranın Məclisinin Sanihələr Komissiyasının sədri deyib: "Keçən ilin statistikasına görə, bizdə cəmi 17 min yol itkisi olub, keçmişdə bu statistika ildə 23-24 min nəfərə çatsa da, 17 min də qətiyyən az deyil”.

Nəsrullah Pejmanfər həmçinin bildirib: "Son statistikaya görə, ölkədə ildə yol qəzalarında 300-500 min nəfər yaralanır”.

Parlament üzvü daha sonra İran və digər qonşu ölkələrdə yollarda həlak olanların statistikasını müqayisə edərək deyib: "Dünyada hər 100 min nəfərə 18 itki var, lakin İranda bu rəqəm 21,5-dir”.

Sonda Pejmanfər deyib: "İraqda, Türkiyədə, Azərbaycanda və Əfqanıstanda yollarda həlak olanların statistikası hər 100 min nəfərə təxminən 20, 12,3, 10 və 15,5 nəfər təşkil edir ki, bu göstəriyə görə biz hətta Əfqanıstandan daha çox yol itkiləri veririk”.

Mütəxəssislər hesab edir ki, bu ölkədə yol qəzalarının və insan tələfatının çox olmasının səbəbi yolların pis vəziyyətdə olması, yerli avtomobillərin keyfiyyətinin aşağı olması və həmçinin sürücülük mədəniyyətinin aşağı olmasıdır.

M.Arif