Təqdim etdiyimiz bu fotodakı qadın Türkiyənin Qaziantep şəhərindəki Şəhidkamil qəsəbəsində yaşayan Naciye Bakırdır. Həyat yoldaşı və 6 uşağını yanğında itirən qadın onları yan-yana dəfn edib.
Bu gün ABŞ, Avstraliya, Belçika, Braziliya, Kanada, Çin, Xorvatiya, Çexiya, Danimarka, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Rusiya, Türkiyə daxil olmaqla bir çox ölkədə analar günü qeyd edilir. Dünən 6 övladını və həyat yoldaşını itirən Naciye Bakır bu gün onların məzarını ziyarət edib.
Qeyd edək ki, Naciye Bakırın həyat yoldaşı Mehmet Emin Bakır və uşaqları Mücahit (13 yaş), Halime (12 yaş), Dilovan (7 yaş), Büşra (6 yaş), Emin (5 yaş), Tacettin (2 yaş) evlərindəki yanğın zamanı həlak olub.
Bu gün övladlarını ziyarət edən qadın Türkiyə mediasına açıqlama da verib: "Hər kəs bu gün uşaqları ilə gəzib-dolaşır. Mən isə uşaqlarımı yan-yana torpağa tapşırdım. Bu gün mənim uşaqlarım yoxdu. Əlimi atıram başqalarının uşaqlarına, mənə doğma gəlir. 6 uşağımı burda torpağa verdim. Gəlib onların məzarı başında oturmuşam. Ətrafıma baxıram, bir Allahım var, kimsəm yoxdu. 3 qızımı, 3 oğlumu itirdim, canım yanır".
Qaynar.info