Xəbər lenti

Dünyanın 5 ən bahalı maşını - SIYAHI + FOTOLAR
Ekonomiks06:40 20.01.2014

Dünyanın 5 ən bahalı maşını - SIYAHI + FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Adətən dünyanın ən məhşur insanları haqqında məlumat dərc edən “Forbes” jurnalı bu dəfə dünyanın ən bahalı avtomobillərinin siyahısını hazırlayıb.

Qaynar.info kishi.az-a istinadən xəbər verir ki, bu siyahıda olan avtomobillərin qiyməti o qədər yüksəkdir ki, bir çoxlarımız bahalı hesab etdiyimiz “Rolls-Royce” bu sırada sonuncu yeri tutub. İndi isə sizə həmin siyahını təqdim edirik.

1. Bugatti Veyron Super Sport – Qiyməti: $2.6 milyon

Ən bahalı avtomobillər sırasında liderlik edən Bugatti Veyron Super Sport haqqında təkcə onu demək kifayətdir ki, o yalnız qiyməti ilə deyil, həm də öz sürəti ilə Guinness rekordlar kitabına girməyi bacarıb. Eləcə də bu avtomobil öz rahatlığı və elementlərinin bahalılığı ilə seçilir.

2. Koenigsegg Agera – Qiyməti: $1.5 Milyon

Dünyanın ən sürətli vasitələri siyahısında ilk iki yerə idman avtomobilləri sahiblik edir. Karbon lif və alüminium gövdəsiylə çox yüngül bir quruluşa sahib olan Koenigsegg Agera 3,1 saniyədə 100 km / s sürət yığa bilir.

3. Maybach Landaulet – Qiyməti: $1.405 Milyon
İlk dəfə “2008-Detroit Motor Show” da gördüyümüz Maybach Landauletin platforması 62S modelinin platforması ilə demək olar ki, eynidir.

4. Pagani Zonda C9 – Qiyməti: $1.3 Milyon
Pagani Zonda C9 hələ bazara çıxarılmasa da, fotoşəkillərindən gördüyümüz qədəri ilə Mersedesin V12 AMG mühərriki ilə təchiz edilib. Bu modeldən yalnəz 40 ədədinin satışa çıxarılacağı gözlənilir.

5. Ferrari F70 – Qiyməti: $870,000 (Təxmini)
Ferrarinin hər on ildə bir çıxartdığı xüsusi nümunələrində biri olan F70-in Ferrari Enzo’nun varisi olduğu deyilir. Vasitənin texniki imkanları və dizaynı haqqında hələ də bir məlumat yoxdur.

Qaynar.info