Xəbər lenti

Dünyanın ən bahalı gənc futbolçusu indi hardadır?
İdman09:34 13.10.2021

Dünyanın ən bahalı gənc futbolçusu indi hardadır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Yunayted"in hələ 14 yaşında olarkən şotlandiyalı əfsanəvi məşqçi Ser Aleks Ferqüsonun tələbi ilə astronomik məbləğ ödəyərək transfer etdiyi Con Kofyenin hazırda məktəbdə çalışıdığı üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, vaxtilə "Liverpul", "Çelsi" kimi klubların da diqqət mərkəzində olan gənc futbolçu "Qırmızı Şeytanlar"ın heyətində gözləniləni vermədi və 27 yaşında karyerasını bitirdi. Sabiq futbolçu hazırda məktəblərin birində çalışır. Bir dönəm "Mançester Yunayted"in akademiyasında Pol Poqba, Cesse Linqard, Uill Kin və Maykl Kin kimi fubolçularla oynamış Kofye hazırda mentorluq fəaliyyəti ilə məşğuldur. 
Vaxtilə nəhəng klubların hədəfində olmasına baxmayaraq "Mançester Yunayted"in 1 milyon funt-sterlinq qarşılığnda müqavilə bağladığı Kofye hələ də ən bahalı gənc futbolçu ünvanını əlində saxlayır. Hücumçu həmin dönəm üçün ödənilən məbləğə görə hazırda "Mançester Yunayted"in aparıcı oyunçularından olan Poqbadan daha bahalı idi. Ancaq gözləniləni verməyən Kofye gündən-günə gerilədi, ardından müxtəlif klublara icarəyə verildi. Müqaviləsi bitəndən sonra isə komandadan göndərildi. "Mançester Yunayted" hekayəsi bitəndən sonra 2018-ci ildə İrlandiyaya yollanan Kofye orada "Derri Siti"yə qoşuldu. Elə həmin ildə Avstraliya təmsilçisi "Hume Siti"yə yollanan futbolçu sonuncu dəfə Fillipinə gedib və bir neçə aydan sonra, 2020-ci ildə, 27 yaşında karyerasını bitirdi. 
Qana əsilli futbolçu yetişdiyi nəslin ən yaxşılarından sayılsa da hazırda futbol oynamır. O, Morland adlı məktəbdə çalışır və gələcəkdə özünü futbolçu kimi görənlərə mentorluq edir.
Səbuhi Həsənov