
Dünyanın ən böyük almazı kimi tanınan çəhrayı rəngli "Raj Pink" 30 milyon dollara satılır.
"Qaynairnfo" xarici mediaya istinadən xəbər verir ki, 15 noyabrda Cenevredə təşkil ediləcək auksionda satışa çıxarılacaq almaz 37,30 karatdır.
Ötən ay Londonda nümayiş etdirilən almaz böyük marağa səbəb olmuşdu.
Auksion şirkəti olan "Sotheby's"in beynəlxalq zinət əşyaları prezidenti Deyvid Bennet bildirib ki, çəhrayı almaz çox nadir tapılır, "Raj Pink"i xüsusi edən onun nadir tapılması və ölçüsüdür.

Gülşən
Qaynarinfo.Az