Azzam adlı dünyanın ən böyük yaxtasını Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Xəlifə ibn Zaid əl Nahayanın ailəsi alıb.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu yaxtan uzunluğuna görə, əvvəlki rekordsmen Eclipse-i də geridə qoyur.
Almaniyanın Lurssen firmasının istehsalı olan Azzam yaxtasının uzunluğu 180 metrdir. Rusiya əsilli milyarder Roman Abramoviçə məxsus Eclipse yaxtasının uzunluğu isə 162,5 metrdir.
Azzam-ın qiyməti 468 milyon avrodur. Gəminin interyeri ilə fransalı dizayner Kristof Leoni məşğul olub. Gəmiyə 94 min at gücü olan 4 ədəd mühərrik qoşulub.
Qaynar.info