Keçən il dünyada ən çox silah satan ölkə ABŞ olub. Axar.az xəbər verir ki, bu barədə məlumat Amerikanın “İHS” şirkətinin yaydığı hesabatda yer alıb.
Hesabatda ABŞ-dan sonra ikinci yeri Rusiyanın tutduğu bildirilib: “2014-cü ildə Rusiya 10 milyard dollarlıq silah ixrac edib. Ən çox rus silahı idxal edən ölkələr isə Çin, Hindistan, Vyetnam və Venesuelladır. Rusiyadan sonrakı yerləri Böyük Britaniya və Almaniya tutur”.
Qaynar.info