Futbol dünyasında fiziki quruluşu ilə seçilən bir çox futbolçu tanıyırıq.
Qaynarinfo xəbər verir ki, Adama Traore, Adebayo Akinfenva bunlardan yalnız bir neçəsidir. Amma biz belə görünüşlü hakimlərə öyrəşməmişik. Braziliyalı referi Anderson Daronko fiziki quruluşu ilə önə çıxan hakimlərdən biridir. Bəs internet qaynaqlarında tez-tez şəkillərinə rast gəldiyimiz bu Daronko kimdir?
Daronko FIFA lisenziyasına malik braziliyalı hakimdir. 20 ilə yaxın həndbolla məşğul olan referi əslində bədən tərbiyəsi müəllimidir. Lakin o, karyerasına köklənmək üçün tədrisi dayandırıb və hakimliyini davam etdirir. Onu məşhur edən fiziki görünüşüdür. Onun elə bir görünüşü var ki, hətta dünyanın ən yaxşı fiziki quruluşlu futbolçularından biri olan Hulk belə onunla müqayisədə kiçikdir.
O, DÇ-2018-in hakimlər siyahısında olsa da, matçları idarə edə bilməyib. Amma onun 2022-ci il dünya çempionatında hansısa oyunları idarə etmək ehtimalı böyükdür.
Hakimlər komitəsinin məsləhəti ilə artıq çəkisini itirmək üçün fitneslə məşğul olan Daronko, daha sonra sevimli idman növü ilə bədənində piy qatı olmayan əzələli adama çevrilib. Əslində, belə əzələ kütləsinə malik insanlar gözə çox xoş gəlmir. Lakin Daronko da pis görünmür...
Daronko
Adebayo Akinfeva
Adama Traore
Hulk
Səbuhi Həsənov
Mənbə: Onedio.com