"Global Firepower” dünya ölkələrininin Hərbi Hava Qüvvələrinin reytinqini dərc edib.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın birinci olduğu siyahıda Azərbaycan 62-ci pilləni tutur. Düşmən Ermənistanın Hərbi Hava Qüvvələri siyahının 85-ci, qonşu Gürcüstan 88-ci pilləsində qərarlaşıb. Türkiyə isə dünyanın ən güclü 10-cu hava qüvvələrinə sahibdir.
Reytinqin ilk "onluğ"u aşağıdakı kimidir:
1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Cənubi Koreya
6. Yaponiya
7. Pakistan
8. Fransa
9. Misir
10. Türkiyə