Xəbər lenti

Dünyanın ən hündür dağ tuneli salındı
Dünya20:27 24.09.2016

Dünyanın ən hündür dağ tuneli salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin Szinxay əyalətində dəniz səviyyəsindən 4,4 kilometr hündürlükdə avtomobil tuneli salınıb. Axar.az xəbər verir ki, dünyanın ən hündür dağ tunelində inşaat işləri sentyabrın 24-də tamamlanıb.
Tunelin salındığı ərazidə orta hündürlük 4400 metrdir. Maksimal nöqtə isə dəniz səviyyəsindən 4800 metr yüksəklikdə yerləşir.
Tikintisi 2013-cü ildən aparılan tunel Qoloq-Tibet muxtar rayonunda 419 kilometrlik dağ yolunun bir hissəsidir. Yolun 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Qaynarinfo.Az