Xəbər lenti

Dünyanın ən hündür heykəlinin açılışı oldu (FOTOLAR)
Dünya07:00 31.10.2018

Dünyanın ən hündür heykəlinin açılışı oldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanda dünyanın ən hündür heykəli - Birlik heykəlinin açılışı olub.
Qaynarinfo xəbər verir ki, heykəl Qərbi Hindistanın Qucarat əyalətində qoyulub. Beton və dəmir konstruksiyadan hazırlanan Birlik heykəli Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin və bir zamanlar dağınıq dövlətlər halında olan Hindistanı birləşdirən Valabhei Patelin təsvirini özündə əks etdirir.
Heykəl ABŞ-dakı Azadlıq heykəlindən (93 metr) təxminən 2 dəfə, Braziliyadakı Məsih heykəlindən (38 metr) isə bir neçə dəfə hündürdür.
Heykəl 20 min kv. metr sahəni əhatə edir və ətrafında 12 kv. kilometr sahəsi olan süni göl yaradılıb. Həmçinin abidənin yanında Valabhei Patelin muzeyi də olacaq. Mütəxəssislərin sözlərinə görə muzeydə 40 minə yaxın arxiv sənədi və 2 min foto saxlanılacaq. Rəsmilər hər gün bu muzeyi təsminən 15 min insanın ziyarət edəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, abidənin hazırlanmasına 5 il öncə, sabiq baş nazir Narenda Modinin zamanında başlanılıb. Layihənin ərsəyə gəlməsində 250 mühəndis və təxminən 3400 işçinin iştirakı olub. Ümumilikdə layihəyə 430 milyon dollara yaxın vəsait xərclənib.
Heykəl saatda 180 kilometr sürətlə əsən qasırğaya və 6,5 bal gücündə zəlzələyə davamlıdır.