Xəbər lenti

Dünyanın ən qədim meşəsini məhv etmək qadağa edildi
Dünya10:20 30.07.2017

Dünyanın ən qədim meşəsini məhv etmək qadağa edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polşada yerləşən və 10 min il yaşı olan "Bialowieza" meşəsində ağac kəsmək qadağan edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Polşa höküməti ərazidəki kəsim miqdarını 3 dəfə artırmaq barədə qərar qəbul etmiş və bu UNESCO, Avropa İttifaqı və ətraf mühitin mühafizəsi uğrunda mübarizə aparan təşkilatların diqqətini çəkmiş və qərar etirazla qarşılanmışdı. Bununla bağlı Avropa Ədalət Məhkəməsi son qərarı verəcək və meşənin mühafizəsi dəstəklənsə, Polşa höküməti milyonlarla dollar təzminat ödəmək məcburiyyətində qalacaq. 

Qeyd edək ki, meşə UNESCO-nun dünya sərvəti siyahısındadır və nadir bizonlara, quş növlərinə ev sahibliyi edir. Polşa ətraf mühit naziri Yan Şışko ağacları kəsməyin zərərli həşəratların yayılmasının qarşısını alacağını bildirib. Lakin bir çox qurum və Avropa komissiyası qərarın nəsli tükənməkdə olan canlıları təhlükəyə atacağını bildirib.

Gülşən

Qaynarinfo.Az