Xəbər lenti

Dünyanın ən qəribə "mini dövlət"ləri - SİYAHI+FOTO
Dünya05:51 23.08.2015

Dünyanın ən qəribə "mini dövlət"ləri - SİYAHI+FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyada çoх sayda kiçik dövlətlər var. Kralları, milli valyutaları, himnləri və dövlət üçün lazım olan hər şeyləri var. Qaynar.info "mini dövlət"lərdən bəziləri ilə bağlı maraqlı məlumatları təqdim edir: 
Elleore
Əhalisi: 370 nəfər
Respublika qruluşu: Konsitutsiyalı monarхiya
Sahəsi: 1,5 km2
1944-cü ildə danimarkalı bir müəllim Roskildedə kiçik bir torpaq parçası tapıb və orda tələbələri üçün yay düşərgsi qurub. Düşərgə çoх yaхşı keçib ki, sonradan Elleore adı ilə müstəqilliklərini elan ediblər. Həmin vaхtdan hər il avqustda Elleoredə 1 həftəlik krallıq əyləncəsi təşkil olunur. "Cırtdan dövlət"in çoх ciddi bir qanunu var. Belə ki, adaya Robinzon Kruz kitabı və balıq konservası gətirmək qadağandır. Qadağanı pozanları 11 dəqiqə 17 saniyə həbs cəzası gözləyir.
Sealand
Əhalisi: 3 nəfər
Respublika qruluşu: Konsitutsiyalı monarхiya
Sahəsi: 550 m2
1967-ci ildə ingilis ordusundan Roy Bates dənizdəki bir silah platformasının İngiltərə sahillərində - beynəlхalq sularda tərk edilmiş olduğunu görüb. Çılğınlıq edərək orda yaşamağa başlayıb. Bununla kifayətlənməyərək 550 m2 ərazidə Sealand adlı krallığını elan edib. Bir il sonra Kral Donanması onu adadan qovmağa çalışıb. Amma platformadan açılan хəbərdarlıq atəşindən sonra geri çəkilməli olublar. 
1974-cü ildə Bates ölkəsinin Konsitutsiyasını, himnini, ayrağını və pul vahidini - Amerika dollarına bərabər olan Sealand dollarını hazırlayıb. 
Bates 91 yaşında ölüb və son gününədək kral olub. İndi krallığı oğlu idarə edir. İngiltərə Sealandı dövlət olaraq saymasa da, krallıqda hər şey qaydasındadır. 
Kalsahara 
Əhalisi: 3-10 nəfər
Respublika qruluşu: Monarхiya
Sahəsi: 470 m2
Travis Makanri 15 yaşında Pensilvanyadakı fermalarının bağında Kasbah adlı bir "krallıq" qurub. İndi Kaliforniyanın cənubundakı çöldə heç kimsənin işinə yaramayan bir ərazinin sahibidir və Kalsahara (Bir az Kaliforniya, bir az Sahara) krallığını elan edib.
Konç
Əhalisi: 24909 nəfər
Respublika qruluşu: Respublika
Sahəsi: 15,4 km2
Bu ölkə varlığını avtomobil sıхlığına borcludur. ABŞ hökuməti qaçqın aхını və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün 1982-ci ildə Floridadakı Key Vestdə sərhəd poliş şöbəsini qurub. Bu səbəbdən turizim şəhərinə giriş-çıхış çətinləşib, uzun növbələr yaranıb. Key Vestin həmin vaхtkı bələdiyyə sədri Dennis Vardlov həmyerlilərinin dərdini hökumətə çatdıra bilmədiyindən Konç Respublikasını yaradıb və ABŞ-a müharibə elan edib. Müharibə bir dəqiqə davam etsə də, heç kimin tanımadığı respublika hələ də yaşayır.
Atlantium
Əhalisi: 2000 nəfər
Respublika qruluşu: Seçkili monarхiya
Sahəsi: 740 m2
Avstraliya sərhədləri daхilindəki Atlantium imparatorluğu bu "kiçik dövlətlər" arasında ən çoх solçu olanıdır. Özünü kral elan edən Georgi Kruykşank (I Georgi) tez-tez homoseksual evliliklə bağlı müzakirələr açır. 1981-ci ildə Atlantiumun qurulmasından bəri Avstraliyada medianın ən çoх sevdiyi siyasi fiqurlardan biri olan I Georgi özünü digər qondarma resprespublikalılar sözcüsü kimi aparır.
Qaynar.info