
Bir sənətçini sənətçi edən onun əl işidirsə, həmin əl işinə qeyri-adilik qatan isə ondakı xəyal gücüdür. Yeni fikirlər, idealar yaratmaq və onları hazır şəkildə insanlara təqdim etmək böyük məharət və ustalıq tələb edir. Dünyada minlərlə, milyonlarla heykəltəraş var, amma bu işlərin sahibi yaratdıqları əsərlərin ilgincliyi ilə o milyonlar arasında seçilirlər.
"Qaynarinfo" dünyanın müxtəlif yerlərində olan ən qeyri-adi heykəlləri sizlərə təqdim edir:
1. "Skripkaçıya abidə", Hollandiya

Amsterdamda bələdiyyə və konsert salonunun olduğu yerdə yerləşən skripkaçı heykəlini hazırlamaq üçün yerə döşənən üzlüklər qopardılıb.
2. "Sualtı heykəlləri", Meksika

Meksikanın Kankun bölgəsində 2009-cu ildə yaradılan sualtı muzeyi görənləri heyrətləndirir. Muzeyə səyahət edənlər üçün sizə oksigen balonu verilir. 500-dən çox heykəlin olduğu muzeydə qeyri-adi dənizaltı səhnələri baxanların xəyal aləmini zənginləşdirir. Təbii ki, heykəllərin ətrafında üzən okean canlılarını da unutmaq olmaz. Muzey suyun altında olsa belə gerçək sərgini xatırladır.
3. "Qaçan adam", Yunanıstan

Heykəltəraş Kostas Varotsos tərəfindən hazırlanan bu əl işi hansı tərəfdən baxılmağından asılı olmayaraq daim hərəkəthalında görünür. Heykəlin hazırlanmasında milyondan çox şüşə parçasından istifadə edilib.
4. "Zamanın kaçınılmazlığı", Yunanıstan

Əsərin müəllifi sənətkar və heykəltəraş Adam Martinakisdir. O, əsasən futurist vizual sənət janrında rəqəmsal heykəllər hazırlayır və yaratdığı əl işləri ilə sənətin nə üçün mövcud olduğunu göstərir: bir şeyi ifadə etmək üçün yeni yollar tapmaq.
5. "Azalt və yüksəl", Avstraliya

Sidneydə Devid Mak Krakken tərəfindən bu abidə göy üzünə uzanan nərdivan təsirini bağışlayır. Yuxarı qaldıqca pillələrin ölçüsü azaldığı üçün sonsuza qədər uzanırmış kimi görünür.
6. "Sürət festivalındakı porşelər", İngiltərə

Qerri Cudahın dahi ideyalarının məhsulu olan bu əsər sonsuz bir səyahətə gedən avtomobilləri özündə əks etdirir.
7. "Balans heykəl", Dubay

Balanslı şəkildə göyüzündə duran bu bürünc möcüzə demək olar ki, bütün fizika qaydalarını aşır. Müəllif, polşalı sənətçi Cerzi Kedzioradır. Küləyin sürəti artdıqda ortaya çıxan mənzərə isə tamamilə başqa cürdür.
8. "Brilyantlar", Avstraliya

Yeni Zellandiyalı sənətçi Neil Dausonun bu əsərinin uzaqdan baxarkən hansı şəkildə havada durması insanlarda sual yaradır. Belə bir görüntününü yaratmaq üçün isə gözəgörünməz tellərdən istifadə olunub.
9. "Sonuncu şam yeməyi", ABŞ

Bu heykəl ABŞ-ın Riolit şəhərindədir. Heykəltəraş Albert Szukalski sözügedən əsəri Leonardo da Vinçinin əsərindən bəhrələnərək yaradıb. Heykəl gecələri xüsusi işıqlarla daxildən işıqlandırıldığı zaman daha da sirli görünür.
10. "Yuyunan qadın", Almaniya

Müəllif Oliver Vosdur. Yalnızca başı və ayaqları görünən qadın heykəli böyüklüyü ilə diqqəti cəlb edir.
Qaynarinfo.Az