Dünyanın ən zəngin adamları arasında yer alan Bruney Sultanı Hassanal Bolkiahın qızı Fadzillah Lubabul iraqlı Əl Haşimi ilə möhtəşəm toy vasitəsilə ailə qurub.
Qaynarinfo xəbər verir ki, gəlinin geyimi, zinət əşyaları və təntənnəli mərasim çoxlu söz-söhbətlərə səbəb olub.
Cütlüyün toyu bir həftə davam edib və öz miqyası ilə hər kəsi heyrətləndirib. Şahzadə gəlinin çoxsayı qiyafətləri və zinət əşyaları isə mərasimə xüsusi rəng qatıb.
Qeyd edək ki, ərazisi Türkiyənin İstanbul şəhərindən kiçik olan ada ölkəsi Bruneyi 1968-ci ildən bu günə kimi idarə edən Hassanal Bolkiaxın 40 milyard ABŞ dollar məbləğində sərvəti, 3 arvadı, 5 oğlu və 7 qızı var. Şahzadə Malik Sultanın altıncı övladıdır, anası isə Sultanın birinci arvadıdır.