Xəbər lenti

Dünyanın ən şanslı-şanssız 10 insanı - SİYAHI
Dünya06:25 27.05.2014

Dünyanın ən şanslı-şanssız 10 insanı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onlar başlarınagələn qəribə hadisələrə həm şanslı, həm də şanssız adam sayıla bilərlər.Yaşadıqları qeyri-adi hadisələr onları digər insanlardan fərqləndirsədə onları nə ən şanslı, nə də ən şanssız qrupa aid etmək olar. 
10) Cem Tokaç
32 yaşlı Cem Tokaç Türkiyənin Mersin şəhər limanında işləyirmiş.2009-cu ildə fevral ayında limandan çıxan bir tir yük maşını qatarlatoqquşur. Tokaç qatarın sürüklədiyi yük maşınının altında qalsa dasadəcə qolu qırılır. 
9) Janna Rocers
Film kimi həyatı olan Janna 18 yaşında dostuyla bərabər qayıqgəzintisinə çıxıb. O şəkil çəkərkən suya yıxılıb və üstəlik ona köməkistəyən dostu qəfildən şüurunu itirib. Bir müddət sonra ağlı yerinəgələn dostu batmaq təhlükəsi ilə üzbəüz olan Rocersi qurtarıb. 
İllər sonra isə Rocers küçədə gedərkən başına bir yarasa qonub vəonu buraxmayıb. Bir müddət küçədə çığıra-çığıra gəzən Rocers nəhayətmaşınına minib və yarasadan canını qurtarmaq üçün baytara gedib. 
Onun digər şanssız təcrübələri arasında gülləllənmək, soyulmaq və çuxura düşmək var. 
8) Ann Hoces 
1954-cü il 30 oktyabrda evində yatan Hocesin başına tarixdə hələbaş verməmiş bir hadisə gəlib. Belə ki, onun evinin tavanını dələnmeteroit daha sonra ayağına dəyib. Hoces tarixdə meteroit çarpan ilkinsandır. 
7) Violet Jessop
Jessop 1911-ci ildə “Olimpik” gəmisində çalışırdı. Həmin il“Olimpik” ingilis donanmasına aid bir savaş gəmisi ilə toqquşub. Buqəzadan sonra Jessop qorxdu və guya batma riski daha az olan “Titanik”dəişləməyə başlayıb. “Titanik” batanda isə Jessop sağ qalan adamlardanbiri idi. 1916-cı ildə isə “Britannik” gəmisinə keçib, lakin bu gəmi dəsualtı minaya dəyərək partlayıb. Bununla belə, Jessop yenə sağ qalıb.1971-ci ildə ürək çatışmazlığından ölüb.
6) Roy Sallivan
Statistikaya görə, bir nəfəri ildırım vurma ehtimalı mində üçdür.Bir nəfəri 7 dəfə ildırım vurma ehtimalı isə22000000000000000000000000-da birdir. Sallivan bu hadisəni düz 7 dəfəyaşayıb. O, 1942-ci ildə ilk dəfə ildırımla tanış olub. Bu hadisədənsonra dağdan aşağı maşınla enərkən, balıq tutarkən və evdə dincələrkənonu ildırım vurub. Bir dəfə isə arvadına paltar asmaqdan kömək edərkənildırım hər ikisini vurub. Altıncı dəfədən sonra o buludların onuizlədiyini deyirmiş. Sallivan 71 yaşında intihar edib. 
5) Ceyson və Cenni Lourens 
Bir neçə dəfə terrorçuların hücumuna məruz qalıblar. 11 sentyabrhadisələrində cütlük Dünya Ticarət Mərkəzində olsalar da, sağqurtulublar. Dörd il sonra, 2005-ci ildə Londona tətilə gedən Lourenslərmetroda partladılan ərazilərdən birində olublar. Üç il sonra isəHindistana tətilə gediblər və Mumbayda ölkə tarixinin ən böyük terroraktına düşərək sağ qurtulublar. 
4) Robert Todd Linkoln 
Onun tanış olduğu bütün ABŞ prezidentləri öldürülüb. Məşhurprezident Avram Linkolnun oğlu Robert Linkoln atası öləndə 21 yaşındaidi. Siyasətə qoşulduqdan sonra prezident Ceyms Qarfield tərəfindən quruqoşunları komandiri təyin edildi. 4 ay sonra Qarfield onu Nyu Cersiyəgəzintiyə çağırdı və qatara minməmişdən az öncə prezident öldü. 
20 il sonra Linkoln Nyu-Yorkda bənzər bir hadisə yaşadı. Bu səfərprezident Uilyam Mak-Kinli tərəfindən dəvət edilmişdi. Mak-Kinli kürsüdədanışarkən öldürüldü. 
3) Alek Alder
İngiltərədə yaşayan Alder, demək olar ki, hər cür qəzaya düşüb.1926-cı ildə onun üzərinə ağaç aşıb, üç il sonra velosiped sürərkənmaşın vursa da, sürücünün həkim olması onu xilas edib. 
1939-cu ildə II dünya müharibəsinə qatılıb, lakin yenievləndiyindən ona 5 günlük icazə verilib. Adler geri qayıtdıqda onunbölüyü başqa yerə göndərildiyindən yeri dəyişdirilib, 6 həftə sonra isəkeçmiş bölüyündəki hər kəs öldürülüb. 
1942-ci ildə tankın altında qalıb, lakin torpağın palçıqlı olmasısəbəbiylə tank tırtılları onun bədəninin üstündən keçsə də ölməyib. Biril sonra qaldığı evə döyüş təyyarəsi düşsə də, bundan da sağ qurtulub. 
2) Freyn Selak
Xorvat musiqi müəllimi Selakın hekayəsi də Adlerinkinə bənzəyir.1962-ci ildə içərisində olduğu qatar relsdən çıxaraq gölə düşüb, 17nəfərin öldüyü qəzada Selakın sadəcə qolu çıxıb. 
Bir il sonra mindiyi təyyarənin qapısının qəfil açılmasınəticəsində Selak təyyarədən düşüb. Bir müddət sonra həmin təyyarəqəzaya uğrayıb, amma Selak ot tayasının üstünə düşmüşdü. 1966-cı ildəmindiyi avtobus gölə düşüb, amma 4 nəfər ölsə də, o sağ qurtulub.1970-ci ildə sürdüyü avtomobil birdən-birə yanıb, Selak maşından özünübayıra atandan az sonra avtomobil partlayıb. Eyni hadisə üç il sonrayenidən başına gəlib. 1996-cı ildə dağ yolunda maşını yoldan çıxıb,Selak özünü bayıra atandan az sonra maşın 400 metrlik uçuruma düşərəkpartlayıb.
2003-cü ildə 40 ildən sonra ilk dəfə lotereya bileti alıb və 1 milyon dollar udub. 
1) Tsutomu Yamaquçi 
İki atom bombasından sağ çıxan adam. 1945-ci ildə YamaquçiXirosimadan çıxmağına azca qalmış şəhərə atom bombası atılıb. O, sağqalsa da, eşitməsin itirib və müalicə üçün şəhərdən çıxaraq Naqasakidəkievinə gedib. Evdə oturub hadisəni dostlarına danışanda ikinci bombaNaqasakiyə atılıb, amma o burdan da sağ qurtulub. 2010-cu ildə mədəxərçəngindən ölüb.