Xəbər lenti

Dünyanın ən sərfəli valyutası açıqlandı
Dünya10:04 16.04.2016

Dünyanın ən sərfəli valyutası açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2016-cı ilin ən sərfəli valyutası Zambiya kvaçası olub. Anspress-in məlumatına görə, müvafiq araşdırmanı "Bloomberg" agentliyi aparıb.
Araşdırmaya görə, kvaçanın artım tempi dünyanın digər 150 valyutasını qabaqlayıb. İlin əvvəlindən mis istehsalının həcminə görə Afrikanın ikinci ölkəsi olan Zambiya kvaçası dollara nisbətdə 19,9% bahalaşıb. Müqayisə üçün bildirək ki, qızıl 16,3% bahalaşıb.
Zambiya
Zambiya kvaçası
Kvaçanın bu "uğuruna" mis qiymətlərinin artması səbəb olub. Ötən il Zambiya valyutası 42% ucuzlaşaraq 2014-cü ilin ən pis valyutaları üçlüyünə daxil olub. Hazırda bu valyutanın bahalaşması qeydə alınır və ekspertlər bu tendensiyanın hələ davam edəcəyini proqnozlaşdırırlar.
Qaynar.info