
Dünyanın ən təhlükəli şəhərlərinin adları açıqlanıb. İsveçrənin sığorta şirkətlərindən birinin apardığı araşdırmalar nəticəsində hazırladığı siyahıda 10 şəhər yer alıb.
Anspress-in məlumatına görə, siyahıya Yaponiyanın paytaxtı Tokio başçılıq edir. Bu şəhərdə baş verən zəlzələ, sunami və başqınlar onu dünyanın ən təhlükəli şəhərinə çevirib.
2-ci pillədə Filippinin paytaxtı Manila qərarlaşıb. Burada da qasırğa və zəlzələlər şəhəri təhlükəli edir.
3-cü ən təhlükəli şəhər Çinin Mirvari çayı ətrafındakı yaşayış məntəqəsidir. Burada 2005-ci ildə sel nəticəsində 500-dən çox adam ölmüşdü.
Ən təhlükəli şəhərlər siyahısının 4-cü pilləsində Yaponiyanın Osaka-Kobe şəhəri qərarlaşıb. Burada 1995-ci ildə baş verən zəlzələ 6500-ə yaxın insanın həyatına son qoymuşdu.
5-ci ən təhlükəli şəhər İndoneziyanın paytaxtı Cakartadır. Burada daşqınlarla yanaşı, hətta 6 bal gücündə zəlzələ də xeyli insan ölümünə səbəb olur.
6-cı pillədə Yaponiyanın Naqoya şəhəri yer alır. Burada sunami təhlükəsi yüksəkdir.
7-ci ən təhlükəli şəhər Hindistanın Kəlküttə şəhəridir. Burada da sunami riski böyükdür.
Çinin Şanxay şəhəri isə daşqın təhlükəsinin böyük olduğu şəhərlərdən biri olaraq, siyahının 8-ci pilləsində qərarlaşıb.
Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhəri ən böyük seysmik zonalardan biri hesab edilməklə, ən təhlükəli 10 şəhərdən 9-cusu hesab edilir.
Siyahını seysmik zonada yerləşməklə təhlükəli olan İranın paytaxtı Tehran tamamlayır.
Qaynar.info