Xəbər lenti

Dünyanın ən varlı insanları bir gündə 68 milyard itirdi
Dünya08:48 17.03.2020

Dünyanın ən varlı insanları bir gündə 68 milyard itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi hallarda 1987-ci ildən bəri rekord olan birja indekslərinin düşməsi fonunda dünyanın iyirmi ən varlı adamının ümumi sərvəti bir gündə təqribən 68 milyard dollar itirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat verib. Göstərildiyi kimi, yalnız Facebook-un qurucusu Mark Zukerberq 8,8 milyard dollar itirib, eyni zamanda, "Oracle”ın qurucusu Larri Ellison 6 milyard, "Microsoft”un keçmiş rəhbəri Steve Ballmer - təxminən 7 milyard zərərə düşüb.
Ən varlı insanların 20-si ay ərzində 300 milyard dollar "kasıblaşıb". Bunun əsas şərtlərindən biri də koronavirus pandemiyası olub.