Xəbər lenti

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri
Dünya16:14 18.01.2017

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən xöşbəxt və bədbəxt ölkələrinin adları açıqlanıb. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, BMT-nin İnkişaf proqramı çərcivəsində "Dünya xoşbəxtlik hesabatı" hazırlanıb. 
Dünyanın ən xoşbəxt yerləri siyahısına Kosta Rika başçılıq edir. Onu Meksika və Kolumbiya izləyir. Vanuatu, Vyetnam, Tailand, Yamayka, Norveç, İspaniya, İndoneziya, Hollandiya, Argentina, Fillipin kimi ölkələrdə yaşayanlar da özlərini xoşbəxt hiss edir. 
Xoşbəxtlik siyahısından kənar qalanlara isə Çad başçılıq edir. Nə qədər qəribə olsa da ikinci yerdə Lüksemburqun adı gəlir. İlk üçlüyü Toqo qapayır. Ümumi siyahıda isə Monqolustan, Türkmənistan, Brundi, Cənubi Afrika, Cibuti, kamerun, Nigeriyanın da adı var. 
"Dünya xoşbəxtlik hesabatı"na ötən il Danimarka başçılıq edib. Son pillədə isə Brundi olub. Hesabatda qeyd edilib ki, bərabərlik problemi daha az olan ölkələrdə insanlar özlərini daha xoşbəxt hiss edirlər. 
Hesabatın tərtibatı zamanı insanlardan həyatlarını 10 ballıq şkala ilə qiymətləndirmələri xahiş olunur. Bundan başqa, adambaşına düşən gəlir, sosial dəstək, sağlam həyat tərzi kimi faktorlara da diqqət yetirilir. 
Qaynarinfo.Az