Xəbər lenti

Dünyanın qadın müdafiə nazirləri - FOTOLAR
Dünya15:06 08.03.2016

Dünyanın qadın müdafiə nazirləri - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazmi Gəncəvinin “İsgəndərnamə” poemasında qadın personajın dilindən səsləndirilən “Qadının erkəyi, dişisi olmaz” kəlamı XXI əsrdə də öz təsdiqini tapmaqdadır. XX əsrdə geniş vüsət alan feminizm və demokratiyanın əsas prinsiplərindən sayılan gender bərabərliyi müasir günümüzdə qadınların həyatın bütün sahələrində geniş təmsil olunması ilə nəticələnib. 
Hətta əsrlər boyu təsəvvürlərdə yalınz kişi işi kimi qəbul edilən hərb sənəti də bu gün qadınlarsız keçinmir. Bir çox ölkələrin müdafiə nazirliklərinə  - ölkəni xarici təcavüzdən qoruyacaq əsas strukturlara qadınlar başçılıq edir.
Modern.az dünya ölkələrində hazırda müdafiə naziri postunu tutan qadınları təqdim edir.
Mariz Peyn - Avstraliyanın müdafiə naziri. Mariz Peyn 1964-cü il iyulun 29-da Sidney şəhərində anadan olub. O 1997-ci ildə Avstraliya Senatına üzv seçildikdən sonra müxtəlif vəzifələrdə çalışıb. 2015-ci il sentyabrın 21-də baş nazir Malkolm Ternball hökumətində müdafiə naziri postuna təyin olunub.