Xəbər lenti

Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarıldı (RƏSMİ)
Ölkə04:38 06.10.2020

Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarıldı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 "Qrad”ı sıradan çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan "Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib. 
Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.