Xəbər lenti

Dövlət Agentliyinə məxsus maşın toqquşaraq yandı
Ölkə17:07 26.10.2018

Dövlət Agentliyinə məxsus maşın toqquşaraq yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatala rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücülərin şəxsiyyəti müəyyənləşib. 
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Mənsur Əlizadə oğlu Ağayevin idarə etdiyi Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "Mitsubishi" markalı avtomobil Zaqatala rayonunun Göyəm kənd sakini Zaur Cəbrayıl oğlu Borayevin idarə etdiyi "VAZ-2106” markalı avtomobillə toqquşub. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların hazırda həkim nəzarəti altında olduğu bildirilir.