Xəbər lenti

Dövlət Komitəsi hərrac keçirir: “Loto” daşı, “Marlboro” siqareti…
Ölkə11:04 28.10.2017

Dövlət Komitəsi hərrac keçirir: “Loto” daşı, “Marlboro” siqareti…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti dəfə maraqlı hərrac təşkil edəcək.
"Qaynarinfo" xəbər verir ki, komitənin 28 noyabr tarixində təşkil edəcəyi hərracda bir-birindən maraqlı əmlaklar satışa çıxarılacaq.
Gələn ay hərracda "Loto" oyununun daş və kartları təqdim ediləcək. 2 ədəd olan oyun daşları və kartlarının qiyməti 40 manatdır. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin anbarı həmçinin satışa "Marlboro” markalı siqaret də təqdim edib. 3 ədəd "Marlboro” siqaretinin hərrac qiyməti 6 manatdır.
Bundan başqa, hərracda 5230 ədən "Kent nanotek infina” və "Kent nanotek neo” markalı siqaretlər də satılacaq ki, ilkin satış qiyməti 15.690 manat təqdim edilib.
Qaynarinfo.Az