Xəbər lenti

Dövlət Statistika Komitəsində yeni sistem
Ölkə16:08 22.04.2016

Dövlət Statistika Komitəsində yeni sistem

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Statistika Komitəsində (DSK) Avropa İttifaqının (Aİ) dəstəyi ilə reallaşan "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsi çərçivəsində Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılmasına başlanılıb. 
Qaynarinfo.az xəbər verir ki, Komitənin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu sistem tvinninq layihəsini əhatə edən 4 kompomentdən biridir. Məqsəd bu sistem vasitəsi ilə statistik məlumatların Avropa İttifaqı standartlarına uyğunlaşırılmasıdır. Bolqarıstan, Almaniya, Niderland və Sloveniyadan olan mütəxəssislərlə birgə DSK nümayəndələrinin 18-22 aprel tarixlərində Coğrafi İnformasiya Sisteminin yaradılmasında müxtəlif təqdimatları olub.
Layihənin təqdimatı ilə bağlı tədbirdə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın statistika sisteminin daha da təkmilləşdirilməsini qarşıya məqsəd kimi qoyub. 
Statistika Komitəsi gündəlik işini bu istiqamətdə qurur. Avropa İttifaqının dəstəyi ilə keçirilən bu tvinninq layihəsi sayca ikincidir. Coğrafi İnformasiya Sistemi vasitəsi ilə istənilən internet istifadəçisi və ya şəxs coğrafi-statistik məlumatlarla tanış olmaq imkanı əldə edəcək. Bolqarıstan Milli Statistika İnstitutunun Çoxsahəli və geostatistika departamentinin baş mütəxəssisi İrena Dudova, Almaniya Federal Statistika İdarəsi, Hamburq və Şlezviq-Holşteyn Statistika idarəsinin CİS koordinatoru Korina Mundzeck , Sloveniya Respublikasının Statistika İdarəsinin statistiki Igor Kuzma və Niderland Mərkəzi Statistika Bürosu, Regional və məkan statistikası departamentinin CİS üzrə baş mütəxəssisi Pieter Bresters Coğrafi-statistik məlumatların yayılması və istifadəçi ehtiyaclarının təhlili ilə bağlı Aİ təcrübəsindən danışdılar. Layihəsinin üstünlüklərini diqqətə çatdıraraq müxtəlif təqdimatlarla çıxış ediblər. Tədbirdə qarşlıqlı maraq doğuran suallar da cavablandırılıb. 
Qaynarinfo.az