Xəbər lenti

DYP-dən xəbərdarlıq: Bunu edən sürücülər cərimələnəcək
Ölkə12:17 10.03.2021

DYP-dən xəbərdarlıq: Bunu edən sürücülər cərimələnəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
İdarədən Qaynarinfo-ya verilən məlumata görə, son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur: 
"Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Qeyd olunan hal ilk öncə paytaxt sakinlərinin narahatçılığına və haqlı narazılığına səbəb olur. Sürücülərimiz onu bilməlidir ki, "Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər. Bir daha sürücülərdən xahiş edirik ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər”.