Xəbər lenti

Döyülən jurnalistlə bağlı BƏYANAT
Ölkə10:49 05.09.2013

Döyülən jurnalistlə bağlı BƏYANAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Minval.az saytı əməkdaşı Günel Rəhimliyə zor tətbiq edilməsi ilə bağlı bəyanat yayıb.

Musavat.com-un məlumatına görə, bəyanatda deyilir ki, dünən Müsavat Partiyasının qərargahında Minval.az-ın əməkdaşı Günel Rəhimli fiziki təzyiqə məruz qalıb. Bu, Günel Rəhimlinin dalaşan tərəfləri sakitləşdirmək istəyərkən baş verib.

“Biz jurnalistlərin, xüsusilə, qadınların döyülməsi və təhqir edilməsini pisləyir və günahkarlardan üzrxahlıq tələb edir. Əgər yaxın vaxtlarda üzrxahlıq olmasa, biz hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”, - bəyanatda deyilir.

Minval.az-ın redaktoru İlkin Qəmbər baş vermiş hadisə ilə bağlı bildirib: “Mən ilk növbədə Minval.az saytının redaktoruyam və əməkdaşırımızı sonuna qədər müdafiə edəcəm”.

Qaynar.info