
5 minə yaxın insanın həyatına son qoyan Ebolanın səbəbkarı tapılıb. Qaynar.info xəbər verir ki, qorxulu virusun ötən il 2 yaşında ölən qvineyalı Emile Ouamounodan çıxdığı iddia olunub.
Həmin vaxt qurban yalnız Emile olmayıb. Ondan sonra anası, bacısı və nənəsi də eyni səbəbdən ölüb.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı indiyədək 13703 nəfərin Ebolaya yoluxduğunu, onlardan 4920 nəfərin öldüyünü açıqlayıb. Bu ölümlərdən cəmi 10-u Sierra Leone, Qvineya və Liberiyanın xaricində olub.
Qaynar.info