Xəbər verdiyimiz kimi bu gün İstanbulda baş tutan rüşvət əməliyyatında həbs olunanlar arasında azərbaycanlı iş adamı da var.
"Qafqazinfo" xəbər verir ki, məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı olan Rza Zərrabın evində bu səhər axtarış aparılıb. Bir neçə saat davam edən axtarışdan sonra Rza Zərrab polis bölməsinə aparılıb.