Xəbər lenti

Əbu-Dabidə böyük əməliyyat: 142 nəfər saxlanıldı, 816 kq narkotik ələ keçirildi
Dünya13:56 05.09.2021

Əbu-Dabidə böyük əməliyyat: 142 nəfər saxlanıldı, 816 kq narkotik ələ keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əbu-Dabi polisi sosial şəbəkələr vasitəsilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstəni yaxalayıb. Rəsmi Emirates agentliyinin xəbərinə görə, müxtəlif millətlərdən olan 142 nəfərin daxil olduğu cinayətkar şəbəkədən 816 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
Qaynarinfo xəbər verir ki, Əbu-Dabi polis departamentinin məlumatında cinayətkar şəbəkənin üzvlərinin müxtəlif sosial şəbəkələrdə uzun müddət apardıqları yazışmalar, paylaşdıqları fotoşəkillər və videomaterialların monitorinqinin keçirildiyi bildirilib. Dəstənin başçıları narkotik vasitələrin qanunsuz dövriyyəsini beynəlxalq telefon nömrələri vasitəsilə həyata keçiriblər. Polis əməkdaşları şəbəkə üzvlərinin ünvanlarını təsbit edərək külli miqdarda narkotik həblər və onların satışından əldə edilən pul vəsaitlərini ələ keçiriblər.
Şəbəkə üzvləri haqqında açılmış cinayət işi məhkəməyə göndərilib.