Xəbər lenti

Əcnəbi səfirin həyat yoldaşı Bakıda qəzaya düşdü (FOTO)
Ölkə08:30 10.09.2021

Əcnəbi səfirin həyat yoldaşı Bakıda qəzaya düşdü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.
Oxu.Az-ın məlumatına görə, Nəsimi rayonu ərazisində Avstriya səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Səfirin həyat yoldaşının idarə etdiyi "Mercedes” markalı avtomobil Bakı sakininin idarə etdiyi maşına arxadan çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Fakt üzrə araşdırma aparılır.
Oxu.az məsələ ilə bağlı Avstriyanın ölkəmizdəki səfirliyinə müraciət edib. Səfirlik hadisəni şərh etməyib.