Bu ilin yanvar-sentyabr aylarında Şuşa şəhərinə ümumilikdə 2 min 647 əcnəbi turist səfər edib və onlar şəhərdə 2 647 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, göstərilən xidmətlərə görə xarici qonaqlar tərəfindən ümumilikdə 274,4 min manat vəsait xərclənib.
Ən çox əcnəbi Türkiyədən (904 nəfər), Rusiyadan (316 nəfər), Pakistandan (233 nəfər), Özbəkistandan (104 nəfər) və Qazaxıstandan (110 nəfər) olub.
Xərclər baxımından da Türkiyə (80,9 min manat), Rusiya (29,7 min manat), Pakistan (23 min manat), İspaniya (20 min manat), Özbəkistan (12,6 min manat) və Qazaxıstan (11,5 min manat) ön sıralarda qərarlaşıb.
Aşağıdakı cədvəldə bu ilin yanvar-sentyabr aylarında Şuşa şəhərinə səfər edən əcnəbilərin ölkələr üzrə sayı və burada xərclədikləri vəsait göstərilib:
Şərhlər