Xəbər lenti

Edam olunan qızın anasına ürəkağrıdan məktubu
Dünya04:32 28.10.2014

Edam olunan qızın anasına ürəkağrıdan məktubu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranda sabiq kəşfiyyatçını öldürdüyünə görə edam cəzasına məhkum edilən Reyhanə Cabbarinin cəzası icra olundu. Qaynar.info xəbər verir ki, 26 yaşlı qadın ölümündən əvvəl anasına məktub yazıb. Həmin məktubu tədim edirik:

"Sevgili anam!

Öyrəndim ki, bu gün qisasla  tanış olmaq sırası mənimdi. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün incimişəm. Bilməli olduğumu düşünürdünmü? Üzüldüyün üçün nə qədər utandığımı bilirsən. Niyə sənin və atamın əlini öpmək şansını mənə vermədin?

Dünya mənə yaşamam üçün 19 il verdi. O uğursuz gecədə ölməli idim. Bədənim şəhərin bir tərəfinə atılmalı və bir neçə gün sonra polis məni tanıman üçün səni təcavüzə uğradığımı da öyrənəcəyin məhkəmə-tibbi ekspertizasına aparmalı idi. Biz onların gücü və sərvətinə sahib olmadığımız üçün qatilim əsla tapılmayacaqdı. Həyatına utanc və əzəbla davam edəcək, bir neçə il sonra da bu əzab səni öldürəcəkdi.

Hər necə olsa bu lənətlənmiş hekayə dəyişdi. Bədənim şəhərin bir tərəfinə atılmadı, amma Evin həbsxanasına və onun bir nəfərlik hücrəsinə gömüldü, indi də məzarlığa bənzəyən Şehr-e Ray həbsxanasına. Amma taleyim bu imiş, şikayət etmə. Sən məndən də yaxşı bilirsən ki, ölüm həyatın sonu deyil.

Sən bizlərə məktəbə gedərkən dava və şikayət qarşısında bir xanım kimi dayanmağı öyrətmişdin. Necə davranmalı olduğumuzu nə qədər çox xatırladğını xatırlayırsanmı? Sənin təcrübələrin yalnışdı. O qəza başıma gələndə öyrəndiklərimin mənə köməyi olmadı. Məhkəmədə məni soyuqqanlı və zalım bir qatil kimi anlatdılar. Heç göz yaşı tökmədim, yalvarmadım. Qanunlara güvəndiyim üçün ağlamadım.

Heç milçəyi belə öldürməz, hamam böcəklərini tutub çölə atardım. Amma cinayətdə günahlandırıldım. Hakim qəzanın baş verdiyi gecə dırnaqlarımın uzun və rəngli olması gerçəyinə baxmaq zəhmətini belə özü vermədi. Ondan ədalət gözlənilən bir hakim üçün nə qədər də xoşniyyətlidi! Əllərimin idmançı qadınlar, xüsusən də boksçu qadınlar kimi böyük olmamasını belə soruşmadı. Və ruhuma sevgisini əkdiyin bu ölkə məni heç bir zaman istəmədi. Məni sorğu-sual edənlərin təhqirlərini üzündən ağlayarkən, alçaq sözlərini dinləyərkən heç kim mənə dəstək olmadı. Gözəlliyimin son göstəricisi saçlarımı yolanda 11 gün hücrə cəzası ilə mükafatlandırıldım.

Sevimli anam!

Eşitdiklərin üzündən ağlama. Polisdəki ilk günümdə qoca subay bir məmur canımı yandırmaq üçün dırnaqlarımı qıranda gözəlliyin burda axtarılan bir şey olmadığın anlamışdım. Gözəl görünmək, gözəl düşüncə və diləklər, gözəl əl yazısı, gözəl gözlər, hətta xoş bir səsin gözəlliyi...

Əziz anam, düşüncələrim dəyişdi və bunun səbəbkarı sən deyilsən. Sözlərimin sonu gəlməyəcək. Onları sənin yoxluğunda və səndən xəbərsiz məni öldürərkən sənə çatdırması üçün birinə verirəm. Sənə miras olaraq bir çox əl yazımı buraxıram.

Yenə də ölmədən öncə səndən bir şey istəyirəm. Əslində bu dünyadan və bu ölkədən bir istəyim var. Bilirəm bunun üçün zaman lazımdı. Amma lütfən ağlama və dinlə...

Səndən məhkəməyə gedib bu arzumu anlatmağını istəyirəm. Bir daha mənim üzümdən acı çəkəcəksən. Əgər yalvarmağın lazım olsa, bunun üçün sənə hirslənməyəcəm. Onsuz da sənə etməməyini söyləməmə rəğmən öldürülməməyim üçün onlara dəfələrlə yalvarmışdın.

Gözəl ürəkli anam, torpağın altında çürümək istəmirəm. Gözlərimin, gənc ürəyimin toza düşməsini istəmirəm. Mən asılan kimi ürəyimi, böyrəyimi, gözlərimi, sümuklərimi, hansı orqanım mümkündürsə ehtiyacı olanlara hədiyyə etməni istəyirəm. 

Orqanları alanların adımı bilməsini, mənə bir dəstə gül almalarını, hətta mənim üçün dua etmələrini belə istəmirəm. Bunu səmimi qəbdən istəyirəm, gəlib yas tutaraq acı çəkəcəyin bir məzar istəmirəm. Mənim üçün qara geyinməyini istəmirəm. Çətin günlərimi unutmaq üçün əlindən gələni et. Qoy küləklər alıb aparsın məni. 

Dünya bizi istəmədi. Taleyimi istəmirəm. Və indi ölümü qucaqlayaraq buna son verirəm. Çünki Allahın məhkəməsində məni ittiham edənlərdən şikayətçi olacam. Hakimdən, məni alçaldan Yüksək Məhkəmədən şikayət edəcəm. Yaradanın məhkəməsində Dr. Farvandi və Qasım Şabanidən şikayətçi olacam. Yalanları ilə mənə haqsızlıq edən, haqqlarımı tapdayan və gerçəyin bəzən görünəndən fərqli olduğuna diqqət etməyənlərdən şikayətçi olacam. 

Sevgili anam, o zaman sən və mən ittiham edən, digərləri ittiham olunan olacaq. Gözləyib Allahın nə istədiyini görək. Ölənədək səni qucaqlamaq istərdim. Səni sevirəm".

Qeyd edək ki, 26 yaşlı Reyhanə Cabbari 2007-ci ildə sabiq kəşfiyyatçı Murteza Abdolali Sarbandini öldürdüyünə görə həbs olunub. Cabbari ifadəsində bildirib ki, Sarbandini ona təcavüz etmək istəyib və həmin vaxt evdə başqa bir nəfə də olub. O, öldürdüyü şəxsə bir bıçaq zərbəsi vurub.

Beynəlxalq təşkilatların açıqlamalarına görə, məhkəmə bu iddiaları yetərincə araşdırmayıb. Cabbari iki illik məhkəmə prosesinin ardından edama məhkum edilib. Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin edamın dayandırılması ilə bağlı apardığı kampaniyalar nəticəsiz qalıb və Cabbari bir neçə gün əvvəl öldürülüb.

Qaynar.info