Xəbər lenti

Efiopiya-Somali müharibəsinin iştirakçısı olan azərbaycanlı kimdir?
Dünya 17:40 21.12.2025

Efiopiya-Somali müharibəsinin iştirakçısı olan azərbaycanlı kimdir?

Efiopiya-Somali müharibəsi əsasən 1977-1978-ci illərdə mübahisəli Oqaden bölgəsi uğrunda baş verib. Efiopiya 1970-ci illərdə Somalinin daxili qarışıqlıqlarına qarışıb, Somali hökuməti və İslam Məhkəmələri Birliyi (ICU) arasında müharibədə Efiopiya işğalçı islamçıları devirmək üçün Somaliyə qoşun yeridib.

1988-ci ildə tərəflər arasında sülh müqaviləsi imzalansa da, sərhəd məsələsi öz həllini tapmayıb. Bu da Efiopiya ilə Somali arasında diplomatik münasibətlərin kəsilməsi, uçuşların ləğv edilməsi ilə nəticələnib.

Bu müharibədə Sovetlər və Kuba birbaşa olaraq Efiopiyanı dəstəkləyib. Bu zaman Sovet ordusunun tərkibində xidmət edən azərbaycanlılar hərbi məsləhətçi, tərcüməçi və texniki mütəxəssislər kimi iştirak ediblər.

Bura artilleriya və tank məsələləri üzrə mütəxəssis olanlarla yanaşı, MiQ-21 və MiQ-23 təyyarə ekipajına daxil olan azərbaycanlılar da aid idi.

O dövrdə bu müharibələrdə iştirak edənlərin adları ciddi şəkildə məxfi saxlanılırdı. Sənədlərdə bu, "beynəlxalq vəzifəni yerinə yetirmək" kimi qeyd olunurdu. Onlara beynəlmiləlçi əsgər statusu verilmişdi. 

Adlar və fotolar gizlədilsə də, MDB məkanında hərbiçilərin xatirələri sosial və yerli mediada dərc edilib. Onlar həmin münaqişə dövründə baş verənləri, döyüş xatirələri və yaşadıqları anları danışıblar. Bu müsahibələr zaman azərbaycanlı qəhrəman Rafiq İsmayılov adına rast gəldim. Bir neçə mənbə, sayt, müsahibə və digər informasiya resurslarına baxandan sonra bu şəxs barədə qısa məlumat əldə edə bildim. 

Çox təəssüf ki, fotosunu tapa bilmədim.

Oqaden müharibəsi zamanı SSRİ Əddis-Əbəbəyə geniş tərkibdə hərbiçilər göndərib. Rafiq İsmayılov Efiopiya ordusunun texniki-taktiki üstünlüyünü təmin edən hərbi mütəxəssislər sırasında yer alıb. O, artilleriya sistemləri və atəş təlimi üzrə mütəxəssis idi. Oqadenin dağlıq səhra relyefində artilleriya Somali tanklarının nizə uclarını geri çəkməkdə həlledici rol oynayıb.

O, sadəcə hərbi təlimçi deyil, həm də birbaşa atəş zərbələri planlaşdıran mütəxəssislərdən biri idi. 122 mm D-30, 130 mm M-46, BM-21 "Qrad” kimi sistemlərin öyrədilməsi və istifadəsində onun mütəxəssislərdən biri olduğu deyilir. 

Efiopiya bölmələrinin itki verdiyi və nəzarəti itirdiyi kritik anlarda Rafiq İsmayılov döyüş nəzarətini üzərinə götürmək səlahiyyətlərinə malik idi. Məhz buna görə də o, müharibədən sonra "Qırmızı Ulduz" ordeni ilə təltif edilir.

Rafiq İsmayılov kimi digər insanların məxfi əməliyyat iştirakçıları olduqları üçün adları gizli saxlanılır. Bəlkə də indi də sağdır, dəqiq bilmirəm. Amma onun haqqında o dövrdə sovet ordusunda xidmət edənlər fəxrlə danışırlar. 

Azərbaycanda Efiopiya veteranları beynəlmiləlçilər arasında "elita" hesab olunurlar, çünki oradakı məsləhətçilərin peşəkarlığına tələblər həddindən artıq yüksək idi.

Qeyd edim ki, bu şəxs barədə birbaşa məlumat tapmasam da, onun barəsində müsahibələr, qeydlər və kiçik informasiyaları İnternetdə tapmaq olar.

Prof.Dr. Zaur Aliyev

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->