Xəbər lenti

Əfqanıstanda daha bir təbii fəlakət: Ölənlərin sayı 400-ü ötüb
Dünya08:26 26.06.2022

Əfqanıstanda daha bir təbii fəlakət: Ölənlərin sayı 400-ü ötüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanda baş verən daşqınlarda həlak olan insanların sayı açıqlanıb.
Qaynarinfo bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Talibanın təbii fəlakətlərin idarə olunması üzrə nazir müavini Şərafuddin Müslüm bildirib ki, son bir neçə gün ərzində Əfqanıstanda daşqınlar nəticəsində 400-ə yaxın adam ölüb.
O əlavə edib ki, yaralılar xəstəxanaya çatdırılıb və sel nəticəsində evləri dağılanlara çadırlar paylanıb.
Qeyd edək ki, son günlər Nanqarhar, Kunar, Bədəxşan, Nuristan, Lağman, Pəncşir, Pərvan, Kabil, Kapisa, Maydan Vardak, Bamyan, Qəzni, Loqar, Samanqan, Sar-e-Pul, Taxar, Paktiya, Paktika, Xost və Daikundi əyalətlərində güclu leysan yağışları yağıb və nəticədə daşqınlar baş verib.
Çərşənbə günü səhər isə Əfqanıstanın şərqində 5,9 bal gücündə zəlzələ baş verib, nəticədə 1000-dən çox insan ölüb, 1500-dən çox insan yaralanıb.
M.Arif