Almaniyanın Volkswagen avtomobil konserni Volkswagen Transporter-T2 mikroavtobusunun istehsalını dayandırır. Konsernin Braziliyadakı zavodunda istehsal edilən və dünyada hippie-mobile kimi tanınan mikroavtobus bundan sonra rəsmi satışlarda olmayacaq.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, konsernin Braziliyadakı zavodu T2 istehsal edən yeganə müəssisə idi.
2-ci Dünya Müharibəsindən sonra Avropanın həyatında xüsusi yer tutan bu mikroavtobus yaradıcı insanlar arasında həddən ziyadə populyar idi.
1960-cı illərdən bəri dünyada 10 milyon T2 satılıb. Volkswagen konserni artıq 2 ildir ki, bu mikroavtobusun Volkswagen Bulli adlı "reinkarnasiya"sını istehsal edir. Qaynar.info