Bu barədə "Qafqazinfo"ya hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. Onun sözlərinə görə, Monitorinq Qrupunun təqdim etdiyi siyahıda bu şəxslər əfv olunub. Onlar- NİDA-çı Şahin Novruzlu, keçmiş NİDA-çı Bəxtiyar Quliyev, AXCP üzvü Mürsəlli Elsevər, “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlidir.
Qeyd edək ki, sözügedən hər bir şəxs prezident İlham Əliyevə əfv üçün müraciət etmişdi.