Xəbər lenti

"Əgər bu olsa, İraqı cəhənnəmə çevirib hökuməti 3 günə devirəcəyik"
Dünya10:55 10.02.2020

"Əgər bu olsa, İraqı cəhənnəmə çevirib hökuməti 3 günə devirəcəyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqda şiə politoloq və din xadimi Müqtəda əs-Sədrin liderlik etdiyi Sədr Hərəkatı hökuməti qurmaq vəzifəsi tapşırılan Məhəmməd Tovfiq Əlləvini kabinetdə partiya üzvlərindən kimlərinsə olacağı təqdirdə hökuməti devirəcəyi ilə təhdid edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sədrin hərbi müşaviri Kazım İsavi açıqlama verib.
"Hərəkat kabinetdə partiya üzvlərindən və xüsusilə də şiə silahlı qruplarından nümayəndələrin olduğunu eşitsə, İraqı Əlləvi üçün cəhənnəmə çevirəcək və hökuməti 3 gün içərisində devirəcəyik", - deyə o, bildirib.
Sədr Hərəkatının heç bir şəkildə hökumətdə təmsil olunmayacağını bildirən İsavi Əllavi hökumətinin qurulmasına mane olunacağı təqdirdə, Yaşıl Bölgəyə də hücum edəcəklərini deyib.
Qeyd edək ki, İraq Prezidenti Barham Saleh Adil Əbdülmehdinin istefasından sonra hökuməti qurma vəzifəsini fevralın 1-də Məhəmməd Tevfif Əlləviyə versə də, əhali buna qarşı çıxır. Onlar Əlləvinin adının razılaşma əsasında prezidentə təqdim edildiyini hesab edirlər. Əlləvi isə 170 millət vəkilinin imzası ilə baş nazirliyə namizəd göstərildiyini ifadə edir. Beləliklə, onun bir ay ərzində hökuməti formalaşdıraraq, parlamentin razılığını almalıdır.
Camal